15 Sentyabr 2025 / 14:59

15 sentyabr – Bilik Günüdür

Azərbaycanda 15 sentyabr Bilik Günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin cənab prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunur.

Onu da qeyd edək ki, 15 sentyabr ikinci dəfə  olaraq Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdikdən sonra Bilik Günü qeyd edilir: İnanırıq ki, bu tədris ili hər kəs üçün uğurlu olacaq. Çünki Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Cənab prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.

Əziz müəllimlər və şagirdlər, sizi 15 sentyabr – Bilik Günü münasibətilə Hafiz Məhəmmədov, Fuad Səfərov, Əlihüseyn Ağayev, Gəray Abbasov, Dadaş Əliyev, Vüqar  Əsədov və Vidadi Yusifov ürəkdən təbrik edir, sizlərə xoşbəxtlik, cansağlığı və yeni-yeni uğurlar arzulayırlar.

 Yeni tədris iliniz uğurlu olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!