Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Qazaxıstanın Mukhametzhan Tynyshbayev adına ALT Universiteti, Almatı Texnoloji Universiteti, K.I. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və Ş. Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti ilə əməkdaşlığa dair Anlaşma Memorandumları imzaladıq.
Bunu Bakı Ali Neft Mərtəbinin (BANM) rektoru Elmar Qasımov bildirib.
O, qeyd edib ki, imzalanma mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek iştirak ediblər:
“Bu əməkdaşlıq birgə təhsil proqramları, akademik mübadilə və elmi-tədqiqat sahəsində yeni imkanlar yaradacaq”.
JASMİN