14 Noyabr 2025 / 18:12

2018-dən fəaliyyət göstərən “ARB TV” MMC ləğv edildi

“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir.

Tezadlar.az xəbər verir ki, bununla da MMC “Stream-Info” MMC-yə qoşulduğunu və “Stream-Info” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, “ARB TV” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hazırkı qanuni təmsilçisi isə Sultanov Emin Vaqif oğludur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!