Əsas məzmuna keç

İran-ABŞ danışıqları başa çatdı- BƏS NƏTİCƏ?

İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqların ilk günü 14 saatlıq intensiv məsləhətləşmələrdən sonra başa çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. Sitat: “Pakistanın vasitəçiliyi ilə İran və Amerika nümayəndə heyətlərinin danışıqları 14 saatdan sonra başa çatıb və hazırda hər iki tərəfin texniki qrupları ekspert mətnlərinin mübadiləsini aparır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar prosesi davam etdiriləcək”.

Son məlumata görə, tərəflər bu gün- bazar günü Pakistanın danışıqları davam etdirmək təşəbbüsünü təsdiqləyiblər.

Bu gün daha gərgin müzakirələrin olacağı bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…