Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2025 / 12:20

2025-ci ilin 2,4 milyard dollarlıq ticarət profisiti qeydə alınıb – MƏRKƏZİ BANK

2025-ci ilin birinci rübündə Azərbaycanın iqtisadi göstəriciləri müsbət dinamika nümayiş etdirib.

TEZADLAR.AZ   xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

S.Nəsirovun sözlərinə görə, bu dövrdə ölkənin cari əməliyyatlar balansında 1,1 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Tədiyyə balansının müsbət olmasında əsas rol oynayan istiqamətlərdən biri xarici ticarət balansı olub. Belə ki, ilin ilk rübündə mal ixracı 6,2 milyard dollar, mal idxalı isə 3,8 milyard dollar təşkil edib. Nəticədə 2,4 milyard dollarlıq ticarət profisiti qeydə alınıb.

Bundan əlavə, hesabat dövründə Azərbaycana xaricdən 229 milyon dollar dəyərində pul baratları daxil olub.

Statistika departamentinin rəhbəri həmçinin qeyd edib ki, ilkin gəlirlər balansı üzrə kəsir müşahidə olunur. Onun sözlərinə görə, bu kəsirin əsas səbəbi birbaşa xarici investisiyalarla bağlı ödənişlərdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!