Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu rəqəmin 4,5 milyonu azyaşlı uşaqlardır
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsinin kəskin azalması 2030-cu ilə qədər 14 milyondan çox əlavə ölümə səbəb ola bilər və HİV/QİÇS, malyariya və tənəffüs yolu infeksiyaları kimi xəstəliklərlə mübarizədə qazanılan uğurları yox edə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə bazar ertəsi “Lancet”-də dərc olunan araşdırmaya istinadən “Financial Times” məlumat yayıb.
Məqalədə qeyd olunub ki, xüsusilə, USAİD-in maliyyələşdirməsinin azalması əks halda sağ qala biləcək 4,5 milyon azyaşlı uşağın ölümünə səbəb ola bilər.
Qeyd olunur ki, Vaşinqton uzun müddətdir aşağı və orta gəlirli ölkələr üçün aparıcı donor olub.
“Bu struktur maliyyənin kəsilməsi onilliklər ərzində qlobal sağlamlığa ən əhəmiyyətli zərbələrdən biri ola bilər. Bu, milyonlarla qarşısı alına bilən ölümlərə, xüsusən də ən həssas insanlar arasında ölümə səbəb ola bilər və səhiyyə və sosial-iqtisadi inkişafda tərəqqiyə səbəb ola bilər”, – “Lancet”-də məqalənin həmmüəllifi Davide Rasella bildirib.
Tədqiqatçılar 2001-ci ildən 2021-ci ilə qədər bütün ölüm hallarına USAİD-in maliyyələşdirməsinin təsirini qiymətləndirmək üçün 133 ölkə və ərazinin ölüm məlumatlarından istifadə ediblər. Daha sonra onlar indi və 2030-cu illər arasında maliyyənin kəsilməsinin təsirini proqnozlaşdırmaq üçün məlumatlardan istifadə edərək, ölümləri yaşa, cinsə və səbəbə görə qiymətləndiriblər.
Tədqiqatçılar cari və gələcək maliyyə kəsilməsinin proqnozlaşdırılan ssenarisinə əsasən, 2025-2030-cu illər arasında hər il 1,78 milyon ilə 2,5 milyon arasında daha çox ölümün baş verəcəyini gözləyirlər.
USAID və Tramp Administrasiyası
Bildiyiniz kimi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Amerikanın digər ölkələrə qeyri-hərbi yardımına cavabdeh idi. ABŞ-ın yeni prezidenti Donald Tramp rəhbərliyi “radikal dəlilər dəstəsi” adlandıraraq işini dayandırıb.
Daha sonra dövlət katibi Marko Rubio ABŞ-ın USAID proqramlarının 83%-ni rəsmən bağladığını bildirib.
E.ŞİRİNOV