31 Avqust 2025 / 09:58

21 Ukrayna PUA-sı Rusiyanın bölgələri üzərində vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 21 PUA-nı məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 21 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Volqoqrad vilayəti üzərində 11 PUA, Rostov vilayəti üzərində 8 PUA, Belqorod və Bryansk vilayətləri üzərində isə hər biri 1 PUA”, – deyə məlumatda bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!