Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın İvanovo vilayətində polis 24 il əvvəl itkin düşən uşağın qalıqlarını tapıb.
Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
Uşaq 2001-ci ilin avqustunda itkin düşüb. O, sonuncu dəfə Qavrilov Posaddakı evlərin birinin həyətində görünüb. Həmin vaxt uşağı tapa bilməyiblər. İndi azyaşlının itdiyi ərazidə kəllə sümüyünün tapıldığı bildirilir. Genetik araşdırma onun itkin oğlana aid olduğunu müəyyən edib.
E.ŞİRİNOV