19 Avqust 2025 / 08:52

30 ölkədən ibarət qrup Ukrayna üçün təhlükəsizlik təminatları yaradır

Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup münaqişənin həlli çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır.

Tezadlar.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Son aylarda Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində işləyir”, – o deyib.

Qeyd edəkki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Zelenski arasında görüş olub. Onlarla yanaşı, bir sıra Avropa liderləri, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte danışıqlarda iştirak ediblər. ABŞ prezidenti bildirib ki, o, artıq Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə görüşə hazırlaşmağa başlayıb.

Trampın sözlərinə görə, onun Rusiya və Ukrayna liderləri ilə görüşü onların ikitərəfli danışıqlarından sonra baş tutacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!