Bu gün 32 ildən sonra Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb. Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə – 83 nəfər köçürülür.
Yurda qayıdışımız mübarək!






