Əsas məzmuna keç

Yeni qərar kadr axınının azaldılmasını hədəfləyir

Azərbaycanda qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb.

Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliyi imzalayıb.

Belə ki, qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…