Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlətqaçqınkom-dan “Təzadlar”a bildirilib ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə – 162 nəfər köçürülüb:
Bakı şəhərindən – 15 ailə (63 nəfər)
Ağcabədi rayonundan – 4 ailə (18 nəfər)
Bərdə rayonundan – 4 ailə (17 nəfər)
Abşeron rayonundan – 3 ailə (16 nəfər)
Goranboy rayonundan – 3 ailə (14 nəfər)
Sumqayıt şəhərindən – 2 ailə (7 nəfər)
Gəncə şəhərindən – 1 ailə (6 nəfər)
Şəmkir rayonundan – 1 ailə (5 nəfər)
Tərtər rayonundan – 1 ailə (5 nəfər)
Beləliklə, 21.01.2026-cı il tarixində həyata keçirilən köç də daxil olmaqla, indiyədək 1 şəhər və 10 rayonun 37 yaşayış məntəqəsində ümumilikdə 6 633 ailə (26 513 nəfər) məskunlaşdırılıb.
Yurda qayıdışımız əbədi olsun!