Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə saxta elanlar və yalan vədlərlə vətəndaşları aldadan şəxslərə qarşı növbəti əməliyyat keçirib.
Tezadlar.az nazirliyə istinadla bildirir ki, saxlanılanlar bunlardır: Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov. Onlar müxtəlif üsullarla yüzlərlə insanı aldadaraq pul vəsaitlərini ələ keçiriblər.
Fırıldaqçıların aldatma mexanizmi belə olub:

Saxta elanlarla bahalı telefon nömrələri, avtomobil və evləri “ucuz satmaq” adı altında beh toplamaq

Özlərini “ucuz brend alış-verişinə vasitəçi” kimi təqdim edərək obyektləri aldatmaq

Şirkətlərlə əlaqə saxlayıb domen və onlayn xidmətləri “öz nəzarətində olduğu” barədə hədə-qorxu gəlmək və ödəniş tələb etmək
Ş.Rəcəbov və A.Bədəlov barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslər barədə alternativ qətimkan tədbirləri tətbiq olunub…
Beləliklə, vətəndaşlara çağırış:
• Tanımadığınız şəxslərə onlayn ödəniş etməyin!
• Saxta elanlara aldanmayın!
• Şübhəli hallarla rastlaşdıqda dərhal polisə məlumat verin.