Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə son 3 il ərzində 40 000-ə yaxın sürücünün sürücülük vəsiqəsi ləğv edilib. Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə “Yol Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Fondu”nun direktoru İrakli İzoria məlumat verib. Onun sözlərinə görə, sərxoş vəziyyətdə nəqliyyat idarə etməyə görə qanunun daha da sərtləşdirilməsi və yeni identifikasiya metodlarının tətbiqi müsbət hal olardı. Sitat: “Təsəvvür edin, bu qədər insanın sərxoş halda sükan arxasına keçməsi nə qədər böyük risk yaradır və hələ bir o qədər də insan var ki, həmin anda aşkarlanması mümkün olmayıb. Belə şəxslər çox böyük risk altındadırlar – həm özlərinə, həm də başqalarına zərər verə bilərlər. Yol patrulu bütün bu şəxsləri yoxlaya bilmir və mənim fikrimcə, bu istiqamətdə qanun daha da sərtləşdirilməli və identifikasiya üçün alternativ metodlar da tətbiq edilməlidir”.
Bəs Azərbaycanda vəziyyət necədir? “Təzadlar” bu statistikanı dəqiqləşdirməyə çalışır.
A.Məmmədli