Əsas məzmuna keç

Son dəqiqə: Xəzərdə zəlzələ davam etməkdədir

Xəzər dənizində bu gün dördüncü zəlzələ qeydə alınıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.

3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.

Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçalada 4-3 bal hiss olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…