21 İyul 2025 / 13:02

41 dərəcə isti! Sabahın qızmarına da hazır olun ki…

Sabah-iyulun 22-də Bakıda və Abşeron yarımadasında  hava şəraiti yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az -a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!