13 Sentyabr 2025 / 08:56

7,0 bal gücündə zəlzələ baş verib

Sunami təhlükəsi elan edilib

Sakit okeanda Kamçatka yaxınlığında 7,0 bal gücündə zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Seysmik hadisənin maqnitudası 7,0 bal təşkil edib. Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatski şəhər rayonundan 114 kilometr şərqdə olub”, – Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı bildirib.

Əhali təxliyə edilməyib. Mətbuat xidməti bölgədə sunami riskinin qeydə alındığı barədə sakinlərə xəbərdarlıq edib.

Bundan əlavə, departament 24 saat ərzində Kamçatkada səkkiz afterşokun qeydə alındığını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!