Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa Prezidenti Emmanuel Makron Alyaskada Rusiya və ABŞ liderləri arasında aparılacaq danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “TF1” telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.
Fransa liderinin administrasiyasında qeyd ediblər ki, görüş Alyaskadakı danışıqlardan sonra və tərəflərin qrafiki nəzərə alınmaqla baş tutacaq.
Xatırladaq ki, bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü keçiriləcək.