13 Aprel 2026 / 13:14

9-CULARIN İMTAHAN NƏTİCƏLƏRİ 6 HƏFTƏ SONRA BİLİNƏCƏK

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib. Bu barədə DİM-dən məlumat verilib.  Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!