Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Noyabr 2025 / 19:55

Qaziantepdə ildırım hərəkətdə olan tramvaya düşdü

Türkiyənin Qaziantep şəhərində hərəkətdə olan tramvayı ildırım vurub. 

Tezadlar.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında, güclü yağış yağarkən baş verib.

Tramvayda olan sərnişinlər təcili təxliyə ediliblər.

Hadisə ilə bağlı tramvayların hərəkəti müvəqqəti dayandırılıb, zədələnmiş nəqliyyat vasitəsi isə xətdən çıxarılıb. Bundan sonra xətt üzrə qatarların hərəkəti bərpa edilib.

Şəhərin meri Fatma Şahin öz sosial media hesabında paylaşım edərək tramvaylarda quraşdırılmış ildırımdan müdafiə sistemi sayəsində nə nəqliyyat vasitəsinin, nə də sərnişinlərin xəsarət aldığını bildirib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!