18 Noyabr 2025 / 16:22

Cəfər Cabbarlının adını daşıyan “Azərbaycanfilm”in həyətindəki heykəlinə qarşı qatı məsuliyyətsizlik…

Tezadlar.az-ın elektron poçtuna göndərilən bu sual bizi də çox düşündürdü: “Cəfər Cabbarlının heykəlinə belə münasibətin məsuliyyəti kimdədir?”.
Məsələ ondadır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının narahatlığı da haqlıdır. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri “Azərbaycanfilm”ın həyətinin lap girişindəki bu büstü-Cəfər Cabbarlının bu halətini görən yoxdur??? Axı bu studiya bu qədim KİŞİnin adını daşıyır!
Xatırlatma: Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu “Azərbaycanfilm” studiyasının həyətində yerləşən heykələ belə münasibət təkcə dahi dramaturqun ruhuna yox , həm də kinomuza olan münasibətdir. Məlumata görə,  kinostudiyanın əvvəlki rəhbərliyi mütəxəssis cəlb etmiş və bərpa işlərinin smetasını aidiyyəti orqana təqdim etmişdir. Studiya təsərrüfat hesablı olduğundan aidiyyəti orqan bərpaya vəsait ayırmamışdır.
Bəs Mədəniyyət Nazirliyinin də pulu yoxdur???
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!