18 Noyabr 2025 / 17:50

Orucov və Cəfərovun qolları yığmamıza qələbə gətirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb.

Tezadlar.az-ın məlumatına görə, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib – 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!