18 Noyabr 2025 / 18:10

“Qarabağ”ın qapıçısı Fransayla oyunda ağır zədələndi

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!