Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(Əvvəli 18.11.2025-ci il tarixdə)

– Hər halda, deməyin özü yaxşıdır. Yəni, sən ondan çəkinmirsən, izahını verirsən. Bu sənin Vətənindir, sənin Vətənin haqqında düzgün olmayan informasiya gedir. Təbii ki, bir azərbaycanlı kimi, sənə də təsir edər ki, niyə mənim Vətənim haqqında yanlış məlumat olsun. Bu yöndə indi hansısa bir tədbirləriniz olurmu? Orada onların xeyir-şərində, italyanlarla bir yerdə siz də iştirak edirsinizmi? Onlarla da işləyirsiz bir yerdə, qaynayıb-qarışmısnız. Onların xeyrində, şərində, nəsə də düşəndə, ad günlərində iştirak edəndə yəqin belə söhbətlər də olur.
– Olur, əlbəttə. 44 günlük Müharibə dövründə daha çox olurdu belə söhbətlər. Biz çalışdığımız qədər “İnstaqram”da, sosial şəbəkələrdə paylaşırdıq öz səhifəmizdə italyan dilində ki, bunlar da başa düşsün. Bilsinlər ki, söhbət nədən gedir, nə müharibəsidir? Həmin dövrdə var qüvvəmizlə çalışırdıq ki, bizim haqlı olduğumuza inansınlar. Belə söhbətlərin, tədbirlərin və italyan mıtbuatına verdiyimiz məlumatların təsiri və xeyiri olurdu. 44 günlük müharibə dövründə tək biz yox, İtaliyadakı bütün azərbaycanlılar sosial şəbəkələrdə Azərbaycanın ədalətli müharibəsi haqqında geniş təbliğat işləri aparırdıq. Ali Baş Komandan İlham Əliyevin çıxışlarını, xarici jurnalistlərə verdiyi sanballı müsahibələrini sosial şəbəkələrdə yayırdıq və italyanlar təərəfindən bu maraqla qarşılanırdı.. Hamının nə qədər çevrəsi var, bir nəfər də bilsə belə, yaxşı idi bizim üçün. Təbii ki, ona görə hamı prezidentin müsahibələrini geniş şəkildə paylaşırdı.

– Afərin sizlərə! Bu, əsl vətənpərvərlikdir. Bayaq qeyd elədin ki, siyasi cəhətdən bəli, İtaliya dövləti Azərbaycanı dəstəkləyir və yanımızda olurlar. İngiltərə, İtaliya kimi böyük dövlətlər bizə siyasi dəstək olublar. Biz italyanlara o cəhətdən təşəkkürümüzü bildiririk. Amma ayrı-ayrılda sadə italyanlar yəqin ki, bu həqiqətlərdən uzaqdır.
– Bu cəhətdən elə bil ki, bir az geridə qalıblar. Əslində, onlar politika ilə elə də maraqlanmırlar. Hətta bəziləri heç bilmirlər ki, prezidentləri, baş nazirləri kimdir? Baxmırlar elə şeylərə, Nyuslara baxmırlar, xəbərlərə baxmırlar, izləmirlər, heç maraqlı deyil onlar üçün.
-Yəni siyasi cəhətdən görünür çox passivdirlər. Belə çıxır ki, onları gündəlik öz həyatları maraqlandırır. Maraqlıdır, bəs onda İtalyanlar öz həyatlarında nəyə üstünlük verirlər? Məsələn hansı sahəyə daha çox maraq göstərirlər?
-İtalyanların demək olar hamısı mütləq şəkildə hansısa bir idman növü ilə məşğul olurlar. İdman sahəsinə çox üstünlük verirlər. Mütləq bir idman növündən istifadə edirlər. Ancaq işə gedim, evə gəlim, yemək yeyim yatım, belə şey italyanlara yaddır. Çox fəal və sağlam həyat tərzi keçirirlər və belə həyatı sevirlər. Tənbəl deyillər, işdən sonra “yoruldum” deyib dincəlmək yoxdur. Işdən sonra mütləq dostlarıyla görüşürlər, əylənirlər. Həftəsonu da gəzməyə çıxırlar, ora gedirlər, bura gedirlər… Bir sözlə, həmişə hərəkətdədirlər..
-Bəs italyanların ermənilərə münasibəti necədir?

– Açığı, İtaliyada ümumiyyətlə, erməni tanımıram, görməmişəm. Yəni, mənə rast gəlməyib.
– Çox xoşbəxt adamsan ki, erməni ilə rastlaşmamısan.
-Başqa dövlətlərdə ermənilər burdan çoxdur. Ola bilər Romada və başqa şəhərlərdə ermənilər var, mənim yaşadığım Parma şəhərində gözə dəymirlər. Rusiya, Moldova, Rumıniya, Ukrayna və digər ölkələrdə ermənilər var… Amma Parma şəhərində mənə erməni heç rast gəlməyib.
-Bəs italyan mətbuatında, televiziyasında ermənilər qarşına çıxırmı? Onların yazıları, bizə olan münasibətləri, Qarabağ haqqında danışmaları, yəni saxta məlumatları çıxırmı qarşına?
-Qarşıma çıxmır… Çünki onlar hər yerə kök salıblar. Ermənilər əsasən də informasiya kanallarında yer salıblar özlərinə və orda da başlayırlar Azərbaycanın əleyhinə təbliğat aparmağa.
-Bayaq özün də dedin ki, elə bil ki, biz güclüyük və onların torpaqlarını işğal etmişik. Görürsən təbliğatı necə qurublar orada…
– Bəli, elədir! Nəsə görürsən ki, bir yazı var. Ermənilər mütləq onun altında öz xeyirlərinə şərh yazırlar ki, həmişə belədir, belədir və s. Yalandan saxta şərhlər, saxta faktlar yazırlar.

– Onlar tarixən belə olublar. Şükür ki, 44 günlük müharibə ilə bütün dünya həm güçümüzü, həm Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, həm də erməni saxtakarlığını gördü. Bu gün Azərbaycan qalib xalq kimi tanınır. Prezident İlham Əliyev dünyada sayılıb-seçilən liderlərdən biridir. Bunlar artıq faktdır… Sonda İtalyan mətbəxilə Azərbaycan mətbəxinin arasında nə kimi oxşar və fərqli cəhətlər olduğunu deyərdin.
-İtalyan mətbəxi daha yüngüldür, həm də kalori cəhətdən daha yüngüldür… Həm də onların, mənə elə gəlir ki, buğdası olsun, çörəyi olsun, pastası olsun, insanı kökəltmir. Onlar o kökəldici ərzaqlardan uzaqdırlar. Yox, əslində, biz həmişə pasta yeyirik, makaron da yəni. Makaron hər gün yeyirik. Həm də deyirlər ki, onların buğdasının içinə kimyəvi maddələr vurmurlar. Yəni, onlar təbii ərzaq məhsuluna üstünlük verirlər. Hər şey üçün təbii olmaq çox xoşuma gəlir orda.
– Özünüz də orada Azərbaycan yeməklərindən bişirə bilirsinizmi?
-Açığı çox vaxt aparır deyə bişirmirəm. Boş vaxtım az olur.
– Bəs azərbaycanlılar orda restoran, kafe açıblarmı?
-Parma şəhərində yoxdur.
-Bəs nə əcəb azərbaycanlılar Parmanı yaddan çıxarıblar. Dünyanın hər yerində var, amma Parmada yox.
-Parmada inanırsız, heç əcnəbi mətbəxlər yoxdur. Amma Romada çoxdur.
-Bayaq dedin ki, Romada azərbaycanlılar çoxdur. Hətta küçədə gedəndə hər yerdə Azərbaycan dilində danışan görürdüm.
– Bəli, elədir. Milanda da çoxdur azərbaycanlılar. Roma qədər olmasa da xeyli var.
-İtalyanların idmanla məşğul olmağından danışdın. Ancaq bilmirəm sənin idmana marağın necədir? Bizim “Qarabağ” futbol klubu təbii ki, hazırda Avropanın çempionlar liqasında oynayır. Noyabrın 26-da da İtaliya şempionu “Napoli” ilə öz meydanında oynayacaq. Bu barədə məlumatın varmı?
-Bəli, məlumatım var, hətta indi “Qarabağ” çempion olmamışdan neçə illər əvvəl “Qarabağı” hamı tanıyırdı İtaliyada. Hətta məndən soruşurdular ki, sizin “Qarabağ” futbol komandanız var? Necədir? Mənim də heç futbolla əlaqəm yox idi deyə geniş məlumat verə bilmirdim. Mən də internetə girib baxırdım ki, “Qarabağ” var imiş doğurdan da. İndi də hamı baxır, görür, paylaşır, soruşurlar məndən deyirlər ki, formasını al gətir mənə, nə bilim şəklini çək. Mən də deyirəm ki, baxaram. Ala bilsəm gətirərəm.

-Bəli, artıq “Qarabağ” futbol klubunu bütün dünya tanıyır. Sizdən çox uzaqdır Roma?
-Parma şəhərindən Romaya, əslində, sürət qatarı ilə 3 saatlıq yoldur. Çox uzaq deyil. Gedib mütləq baxacağam…
-Bəli azarkeşlik etmək lazımdır orada. Deməli, “Qarabağ” İngiltərə çempionu “Çelsi” ilə Bakıda 2:2 elədi, uduzmadı.
– O oyuna baxdım. Atamla bir yerdə baxırdım. Noyabrın 18-də İtaliyaya qayıdacağam. İnşallah orada da gedib stadionda “Qarabağ”a azarkeşlik edəcəyəm..
-İtalyanlar eşidəndə ki, Azərbaycandansan, tanıyırlarmı ölkəmizi?
-Əlbəttə, dərhal soruşurlar ki, İlham Əliyevin, Vatikanda böyük təmir işləri aparmış Mehriban Əliyevanın vətənindənsən? Belə eşidəndə çox qürur hiss keçirirəm.
– Təbii ki, bunlar gözəl hisslərdir. Bizim baş redaktor Asif müəllim də təklif elədi ki, belə fəal bir gənc qız bizim orada xüsusi müxbirimiz də olarsan. İtalyadan müxtəlif məzmunlu informasiyalar göndərərsən. İtalyan mətbuatında baxarsan Azərbaycan həqiqətlərindən nəsə danışırlarmı əleyhimizə, lehimizə nəsə varmı?
-Mütləq sizə yazılar göndərəcəyəm.
-Nərmin xanım, bir daha sənə alqış deyirəm, çox sağ ol ki, bizim Vətənimizi İtaliyada ləyaqətlə təmsil edirsən. Çox sağ ol! Redaksiyamıza vaxt tapıb gəldiyin üçün isə sənə ayrıca təşəkkür edirik!
– Mən də bu dəvətə görə sizə, baş redaktor Asif Mərziliyə və bütün kollektivinizə təşəkkür edirəm. Çalışıb Azərbaycan adına etimadınızı doğruldacağam!
Həmsöhbət oldu:
Elçin MƏMMƏDLİ