19 Noyabr 2025 / 20:10

Gənc ailə yanğında tüstüdən zəhərlənərək xəstəxanaya aparıldı

Sumqayıtda yaşayış evində yanğın baş verib.

Tezadlar.az-ın Sumqayıt bürosu məlumat verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Yanğının başvermə səbəbi araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!