Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik. Ukrayna ilə aramızda tarixi və mədəni bağ olan Krım tatarlarına dəstəyimizin də davam edəcəyini qeyd etmək istəyirəm”. Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.
V.Zelenski qeyd edib ki, müharibə sona çatmalıdır: “Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram”, – deyə o vurğulayıb.
Ukrayna lideri, həmçinin müdafiə sənayesi üzrə ortaq istehsal layihələrindən də danışıb. Bildirib ki, bu istiqamətdə Türkiyə Prezidenti ilə ikitərəfli görüşdə müzakirələr aparıb.