Demək belə: Mədəniyyət Nazirliyinin bir əməkdaşı Molla Nəsrəddindən soruşur ki, bu Nura Suri kimdir və bu nə qalmaqaldır, bəlkə bir dua yazasınız, bizi biabır eləməsin… Molla da Mədəniyyət Nazirliyinin rəsmisinə deyir: “Yox, sizin nazirliyin işi Allaha qalıb! Məsələ ondadır ki, Nura Suri Mənzər xanımın day-day, rüşvət mexanizmini ifşa edib, ifşa etdiyi adam da puldan basıb, bəzi sosial şəbəkənin şou-əhli də başlayıb müğənniyə qarşı kompaniya aparmağa. Xəbərləri də belədi: “Şok, lüt şəkillər, Nura səhnəyə çılpaq çıxır!”. Paylaşdıqları şəkili də müğənni özü səhifəsində paylaşıb, ha, adamın üstündə Allah var, gözəl də yaraşır. Nigar Camal, Aygün, Tənzilə, Röya və digərləri hicabda oxuyurlar məgər? Səhnənin səhnə qaydası var da. Əsas məsələ sonra başlayıb, hamı elə bilirdi Nura xanım qatı müxalifətçidi. Yəni, bizdə kim tənqidçidir, adını qatı müxalifətçi qoyurlar. Nə isə, əl-qərəz, müğənni Nura Suri YAP üzvü olduğunu qeyd edəndən sonra indi bilmirlər nə etsinlər. Yazını poza bilmirlər, təzəsini də yaza bilmirlər, xanım da döşəyir. ha… Ona görə də nazirliyin bu məsələsi məndən keçib, dualıq deyil, yoxlamalıq, DTX-lıqdır…”.

