Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın daxili işlər naziri Qeka Qeladzenin dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov rəsmi səfərlə, nümayəndə heyəti ilə birlikdə Tbilisiyə gəlib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat verib. Bildirilib ki, səfər çərçivəsində hər iki ölkənin daxili işlər nazirləri geniş tərkibdə görüş keçirəcək və Gürcüstan ilə Azərbaycan Respublikası arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən saziş imzalayacaqlar. Eləcə də Azərbaycan Respublikasının daxili işlər naziri nümayəndə heyəti ilə birlikdə Gürcüstan Daxili İşlər Nazirliyinin polis bölmələrinə də baş çəkəcək və onların fəaliyyəti ilə tanış olacaq.
***
