Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Turkistan Book Fair-2025″də təxminən 50 şirkətin iştirakı gözlənilir.
Tezadlar.az Türküstan vilayət meriyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türküstanda nəşriyyat təşkilatlarını, yazıçıları, tərcüməçiləri və türkdilli ölkələrin ədəbi ictimaiyyətinin nümayəndələrini bir araya gətirən beynəlxalq kitab sərgisi keçiriləcək.
Bu münasibətlə vilayət meriyasının müavini Ertay Altayev şair, Qazaxıstan Respublikasının Əməkdar Xadimi və “Foliant” nəşriyyatının direktorunun müşaviri Dauletkerey Kapulı və direktor müavini Gülnar Sarjanovanı qəbul edib.
“Turkistan Book Fair-2025″də təxminən 50 şirkətin iştirakı gözlənilir. Onların arasında Türkiyə, Özbəkistan, Monqolustan, Azərbaycan, Qırğızıstan, Saxa Respublikası (Yakutiya), Rusiya və Qazaxıstandan nümayəndələr var.
“Beynəlxalq kitab sərgisinin əsas məqsədi uşaqları və yeniyetmələri mütaliə ilə tanış etmək, ailəvi mütaliəni təşviq etmək və oxucu zövqünü formalaşdırmaqdır”, – Dauletkerey Kapulı bildirib.
“Foliant” nəşriyyatının direktor müavini Gülnar Sarjanovanın sözlərinə görə, «Turkestan Book Fair» üç günlük mədəni və işgüzar proqramdan ibarət olacaq. Sərgidə yeni kitabların təqdimatları, müəlliflərlə görüşlər, imza sessiyaları və uşaq meydançasında xüsusi ustad dərsləri keçiriləcək. Tədbirdə həmçinin türkdilli ölkələrdəki naşirlərin kitablarına həsr olunmuş xüsusi sərgi də keçiriləcək.
Kitabsevərlər üçün sərgi və yarmarka 26 noyabr saat 10:00-da açılacaq
Təşkilatçılar Türküstan vilayət meriyasının dəstəyi ilə “Foliant” Nəşriyyat Evi və beynəlxalq TÜRKSOY təşkilatıdır.
JASMİN