21 Noyabr 2025 / 20:55

44 günlük müharibədə bütün İtaliya azərbaycanlıları bir yumruq oldu…

– Bildiyim qədəri ilə politik olaraq italyanlar bizə dəstəkdirlər. Amma görürəm ki, çox italyan hələ də onlara inanır, elə bilirlər ki, ermənilər yazıqdır, biz onları incidirik, biz güclüyük, biz əzirik onları, elə fikirləşirlər. İşğal dövründə də elə fikiləşirdilər. Guya biz onları işğal eləmişik. Yəqin ki, təbliğatı güclü aparıblar, mediada da çox paylaşımlar ediblər. Mən nəsə olanda izah edirəm italyanlara ki, bu belədir, ermənilərin saxta məlumatlarına inanmayın və s.. Amma bilmirsən ki, sənəə inandı, ya inanmadı.

– Hər halda deməyin özü yaxşıdır. Yəni sən ondan çəkinmirsən, izahını verirsən. Bu sənin Vətənindir, sənin Vətənin haqqında düzgün olmayan informasiya gedir. Təbii ki, bir azərbaycanlı xanım kimi, bir gənc qız olaraq, sənə də təsir edər ki, niyə mənim Vətənim haqqında yanlış məlumat olsun. Bu yöndə indi hansısa bir tədbirləriniz olurmu? Orada  onların xeyir-şərində, italyanlarla bir yerdə siz də iştirak edirsinizmi? Onlarla da işləyirsiz bir yerdə, qaynayıb-qarışmısnıız. Onların xeyrində, şərində, nəsə də düşəndə, ad günlərində iştirak edəndə yəqin belə söhbətlər də olur.
– Olur, əlbəttə. 44 günlük Müharibə dövründə daha çox olurdu belə söhbətlər. Biz çalışdığımız qədər “İnsteqram”da, sosial şəbəkələrdə paylaşırdıq öz səhifəmizdə italyan dilində ki, bunlar da başa düşsün. Bilsinlər ki, söhbət nədən gedir, nə müharibəsidir? Həmin dövrdə var qüvvəmizlə çalışırdıq ki, bizim haqlı olduğumuza inansınlar. Belə söhbətlərin, tədbirlərin və italyan mıtbuatına verdiyimiz məlumatların təsiri və xeyiri olurdu. 44 günlük müharibə dövründə  tək biz yox, İtaliyadakı bütün azərbaycanlılar  sosial şəbəkələrdə Azərbaycanın ədalətli müharibəsi haqqında geniş təbliğat işləri aparırdıq. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin çıxışlarını, xarici jurnalistlərə verdiyi samballı müsahibələri sosial şəbəkələrdə yayırdıq və italyanlar təərəfindən maraqla qarşılanırdı.. Hamının nə qədər çevrəsi var, bir nəfər də bilsə belə, yaxşı idi bizim üçün. Təbii ki, ona görə hamı prezidentin müsahibələrini geniş şəkildə  paylaşırdı.
– Afərin sizlərə! Bu, əsl vətənpərvərlikdir. Bayaq sən qeyd elədin ki, siyasi cəhətdən bəli, İtaliya dövləti Azərbaycanı dəstəkləyir və yanımızda olurlar. İngiltərə, İtaliya kimi böyük dövlətlər bizə siyasi dəstək olublar. Biz italyanlara o cəhətdən təşəkkürümüzü bildiririk. Amma ayrı-ayrılda sadə italyanlar yəqin ki, bu həqiqətlərdən uzaqdır.
– Bu cəhətdən  elə bil ki, bir az geridə  qalıblar. Əslində onlar politika ilə elə də maraqlanmırlar. Hətta bəziləri heç bilmirlər ki, prezidentləri, baş naziri kimdir? Baxmırlar elə şeylərə, Nyuslara baxmırlar, xəbərlərə baxmırlar, izləmirlər, heç maraqlı deyil onlar üçün.
-Yəni siyasi cəhətdən görünür çox passivdirlər..  Belə çıxır ki, onları  gündəlik öz həyatları maraqlandırır. Maraqlıdır, bəs onda  İtalyanlar əsasən  öz həyatlarında nəyə üstünlük verirlər? Məsələn hansı sahəyə daha çox  maraq göstərirlər?
-İtalyanların demək olar hamısı  mütləq şəkildə hansısa bir idman növü ilə məşğul olurlar. İdman sahəsinə çox üstünlük verirlər. Mütləq bir idman növündən istifadə edirlər. Ancaq işə gedim, evə gəlim, yemək yeyim yatım, belə şey italyanlara yaddır. Çox fəal və sağlam həyat tərzi keçirirlər və belə həyatı sevirlər. Tənbəl deyillər, işdən sonra  “yoruldum II deyib dincəlmək yoxdur. Işdən sonra mütləq dostlarıyla görüşürlər. əylənirlər.Həftəsonu da gəzməyə çıxırlar,  ora gedirlər, bura gedirlər… Bir sözlə, həmişə hərəkətdədirlər..
-Bəs italyanların ermənilərə münasibəti necədir?
– Açığı İtaliyada ümumiyyətlə, erməni tanımıram, görməmişəm. Yəni mənə rast gəlməyib.
– Çox xoşbəxt adamsan ki, erməni ilə rastlaşmamısan.

-Başqa dövlətlərdə ermənilər burdan çoxdur. Ola bilər Romada və başqa şəhərlərdə ermənilər var, mənim yaşadığım Parma şəhərində gözə dəymirlər. Rusiya, Moldova, Rumıniya, Ukrayna və digər ölkələrdə ermənilər çoxdur. Amma Parma şəhərində mənə erməni heç rast gəlməyib.
-Bəs italyan mətbuatında, televiziyasında ermənilər qarşına çıxırmı? Onların yazıları, bizə olan  münasibətləri, Qarabağ haqqında danışmaları, yəni saxta məlumatları çıxırmı  qarşına?.
-Qarşıma çıxmır əslində. Çünki onlar hər yerə kök salıblar. Ermənilər əsasən də informasiya kanallarında yer salıblar özlərinə və orda da başlayırlar Azərbaycanın əleyhinə təbliğat aparmağa.
-Bayaq özün də dedin ki, elə bil ki, biz güclüyük və onların torpaqlarını işğal etmişik. Görürsən təbliğatı necə qurublar orada?
– Bəli, elədir! nəsə görürsən ki, bir yazı var. Ermənilər mütləq onun altında öz xeyirlərinə kommet yazırlar ki, həmişə belədir, belədir. Yalandan saxta kommetlər saxta tarixlər yazırlar.
– Onlar tarixən belə olublar. Şükür ki, 44 günlük müharibə ilə bütün dünya həm güçümüzü, həm Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, həm də erməni saxtakarlığını gördü. Bu gün Azərbaycan qalib xalq kimi tanınır. Prezident cənab İlham Əliyev dünyada sayılıb-seçilən liderlərdən biridir. Bunlar artıq faktdır. Sonda İtalyan mətbəxilə Azərbaycan mətbəxinin arasında nə kimi oxşar və  fərqli cəhətlər olduğunu deyərdin.
-İtalyan mətbəxi daha yüngüldür, həm də kalori cəhətdən daha yüngül indriqentləri daha yüngüldür. Həm də onların mənə elə gəlir ki, buğdası olsun, çörəyi olsun, pastası olsun insanı kökəltmir. Onlar o kökəldici ərzaqlardan uzaqdırlar. Yox, əslində biz həmişə pasta yeyirik, makaron da yəni. Makaron hər gün yeyirik. Həm də deyirlər ki, onların buğdasının içinə kimyəvi maddələr vurmurlar. Yəni onlar təmiz ərzaq məhsuluna üstünlük verirlər. Hər şey üçün orqanik olmaq çox xoşuma gəlir orda.
-Özünüz də orada Azərbaycan yeməklərindən bişirə bilirsiniz özünüz?
-Açığı çox vaxt aparır deyə bişirmirəm…
– Bəs azərbaycanlılar orda restoran, kafe açıblarmı?
-Parma şəhərində yoxdur.
-Bəs nə əcəb azərbaycanlılar Parmanı yaddan çıxarıblar. Dünyanın hər yerində var, amma Parmada yox.
-Parmada inanırsız heç interneşl mətbəxlər yoxdur. Amma Romada çoxdur.
-Bayaq dedin ki, Romada azərbaycanlılar çoxdur.Küçədə gedəndə hər yerdə  Azərbaycan dilində danışan gördüm.
– Bəli, elədir. Milanda da çoxdur azərbaycanlılar. Roma qədər olmasa da xeyli var.
-İtalyanların idmanla məşğul olmağından danışdın. Ancaq bilmirəm sənin idmana marağın necədir? Bizim “Qarabağ” futbol klubu təbii ki, bu dəqidə Avropada çempionlar liqasında oynayır. Noyabrın  26-da da italiya şempionu Napoli ilə öz meydanında oynayacaq. Bu barədə məlumatın var?
-Məlumatım var, hətta indi Qarabağ çempion olmamışdan neçə illər əvvəl Qarabağı hamı tanıyırdı İtaliyada. Hətta məndən soruşurdular ki, sizin Qarabağ futbol komandanız var? Necədir? Mənim də heç futbolla əlaqəm yoxdu deyə geniş məlumat verə bilmirdim. Mən də internetə girib baxırdım ki, Qarabağ var imiş doğurdan da. İndi də hamı baxır, görür, paylaşır, soruşurlar məndən deyirlər ki, formasını al gətir mənə, nə bilim şəklini çək. Mən də deyirəm ki, baxaram. Ala bilsəm gətirərəm.
-Bəli, artıq “Qarabağ” futbol klubunu bütün dünya tanıyır.  Sizdən çox uzaqdır o Roma?
-Parma şəhərindən Romaya əslində sürətli qatarı ilə 3 saatlıq yoldur. Onda çox uzaq deyil. Gedib mütləq baxacağam?
-Bəli azarkeşlik etmək lazımdır oarda. Deməli, İngiltərə çempionu Çelsi ilə Bakıda  2:2 elədi, uduzmadı.
– O oyuna baxdım. Atamla bir yerdı baxırdım. Noyabrın 18-də İtaliyaya qayıdacağam. İnşallah orda da gedib stadionda “Qarabağa” azarkeşlik edəcəyəm..
– İtalyanlar eşidəndə ki, azərbaycandansan, tanıyırlarmı ölkəmizi?
-Əlbəttə, dərhal soruşurlar ki, İlham Əliyevin, Vatikanda böyük təmir işləri aparmış Mehriban Əliyevanın vətənindənsən? Belə eşidəndə çox qürur hiss keçirirəm.
– Təbii ki, bunlar gözəl hisslərdir. İndi sən həm də bizim baş redaktor Asif müəllim də təklif elədi ki. belə fəal bir gənc qız  bizim orda  xüsusi müxbirimiz də olarsan, oradan müxtəlif məzmunlu informasiya göndərərsən. İtalyan dilində baxarsan Azərbaycan həqiqətlərindən nəsə danışırlarmı, əleyhimizə, lehimizə nəsə varmı?
-Mütləq sizə yazılar göndərəcəyəm.
-Nərmin xanım, bir daha sənə alqış deyirəm, çox sağ ol ki, bizim Vətənimizi İtaliyada ləyaqətlə təmsil edirsən. Çox sağ ol! Redaksiyamıza vaxt tapıb gəldiyin üçün  isə  sənə ayrıca təşəkkür edirik!

– Mən də bu dəvətə görə sizə, baş redaktor Asif müəlimə və bütün kollektivinizə təşəkkür edirəm. Çalışıb Azərbaycan adına etimadınızı doğruldacağam!
Həmsöhbət oldu:
Elçin MƏMMƏDLİ     

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!