Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

23 noyabrda 16 yaşlı yeniyetmə Moskvanın cənubundakı bir ticarət mərkəzində mühafizəçini iki dəfə bıçaqlayıb və sonra həbs zamanı polis əməkdaşlarını yaralayıb.
Tezadlar.az bildirir ki, bu barədə Moskva İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Məlumata görə, hücum edən şəxs Moskva kollec tələbəsi 16 yaşlı Xuseyn Q. olub. Hücum REN TV tərəfindən əldə edilən videoda qeydə alınıb.
İstintaq Komitəsi bildirib ki, “Moskvada Orexovı bulvarındakı ticarət mərkəzində olarkən o, əvvəllər ona töhmət verən mühafizəçiyə hücum edərək ən azı iki dəfə bıçaqlayıb”.
Yaralanan mühafizəçiyə təcili tibbi yardım göstərilib. O, Moskva xəstəxanalarından birinə yerləşdirilib.
Hüquq-mühafizə orqanları əməkdaşları hücum edən şəxsi həmin gün müəyyən ediblər. Həbs zamanı yeniyetmə iki polis əməkdaşına xəsarət yetirib və qollarından yaralanıb. Yeniyetmə saxlanılıb.
Gənc oğlan qətl cəhdində və dövlət məmuruna qarşı zorakılıqda şübhəli bilinir. Müstəntiqlər və məhkəmə ekspertləri bir sıra məhkəmə ekspertizaları təyin ediblər və cinayətkar haqqında tezliklə həbs qətimkan tədbiri müəyyən ediləcək.
E.ŞİRİNOV