Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yasamalda baş verən yanğında həyatını itirən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib.
“Ləmanın müalicəsi artıq “Yeni Klinika”da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. “Yeni Klinika”nın direktoru Barat Yusubov və komandasına təşəkkür edirəm. Dualarınızı əsirgəməyin” – paylaşımda deyilir.
Qeyd edək ki, Ləmanın vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.