Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Balet noyabrın 30-da İrəvanda nümayiş olunacaq
Tezadlar.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, “Astana Opera”nın solisti, beynəlxalq və milli müsabiqələr laureatı Serik Nakıspekov musiqisi Aram Xaçaturyana məxsus olan “Qayane” baletində Armen – baş rolunu ifa edəcək.
Serik Nakıspekov “Qayane”də Armeni ifa etmək dəvəti ilə bağlı bildirib ki, onun üçün bu tamaşa həyəcanvericidir, çünki bu, Ermənistanın milli baletidir:
“Düzgün enerjini, ifadəli hərəkətləri və emosiyaları çatdırmaq istəyirəm. Mən müxtəlif illərin tamaşalarının çəkilişlərini diqqətlə araşdırdım. Teatrımızın səhnəsində bu baletdən məşhur “Qılınclarla rəqs”i ifa edilir, ona görə də musiqinin xarakterini hiss edirdim, amma rolun texniki elementlərlə bu qədər zəngin olduğunu bilmirdim”.
Serik İrəvanda çoxdan tanınır. O, orada “Spartak”da çıxış edib.
JASMİN