24 Noyabr 2025 / 20:40

U-18 qızlardan ibarət millimiz EEVZA çempionatında təcrübə topladı

Azərbaycanın qızlardan ibarət U-18 millisinin üzvləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatının oyunlarında lazımi təcrübəni qazanıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şahin Çatma Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

O, ilk olaraq qrupda qarşılaşdıqları Polşa və Gürcüstan komandaları ilə oyunlardan danışıb:

“İlk matçda ötən il Avropa çempionu olmuş Polşaya 0:3 hesabı ilə uduzduq. Sonra ev sahibi Gürcüstanla qarşılaşdıq. Belə turnirlərdə ev sahibi komandaya qarşı oynamaq çətindir, amma qızlarımız bu oyunda çox yaxşı çıxış edərək 3:1 hesabı ilə qalib gəldilər və qrupu ikinci yerdə başa vurduq. Daha sonra digər qrupun ikincisi Estoniya ilə qarşılaşdıq və 0:3 hesabı ilə məğlub olduq, turniri 4-cü yerdə tamamladıq. Hər turnir idmançılar üçün böyük təcrübə və inkişaf imkanıdır. Deyə bilərəm ki, bu turnirdən də komandamız lazımi təcrübəni qazandı”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!