25 Noyabr 2025 / 18:30

Sabunçuda bağlı qapı arxasında meyit aşkarlandı

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!