Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Hazırda oyun yenicə başlayıb.
Komandamızın yüksək və peşəkar oyun nümayiş etdirəcəyinə inanırıq.
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu dəqiqələrdə İtaliyanın “Napoli” klubu “Qarabağ”la öz meydançasında oyuna çıxıb. Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Napoli”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib: “Rəqib komandanın çalışdırıcısı Antonio Konte çox böyük məşqçidir. Mübarizə aparacağımız komanda çox təcrübəlidir. Bu matç bizim üçün çox vacibdir. “Napoli” Çempionlar Liqasının turnir cədvəlində öz mövqeyini yaxşılaşdırmağa çalışacaq. Bizimlə oyuna çox ciddi hazırlaşır. Rəqib komandanın baş məşqçisi hər oyuna diqqətli yanaşır. Onu çox yaxşı tanıyıram və salamlarımı çatdırmaq istəyirəm. Matça pis hazırlaşmamışıq. İstəyirik ki, sona qədər layiqli mübarizə aparaq”.