26 Noyabr 2025 / 14:25

«Max Group» MMC-nin alıb-aldatmasını Prezident yanında Dövlət Agentliyi də araşdıracaq

Azad İstehlakçılar Birliyinin sədri cənab Eyyub Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri cənab Elnur Bağırova rəsmi müraciətində adı çəkilən MMC-nin qanunsuz fəaliyyəti ilə bağlı ciddi tədbir görülməsini xahiş edib…

“Təzadlar”ın Araşdırma Qrupunun redaksiyaya daxil olmuş şikayət məktubu əsasında apardığı araşdırmalar əsasında hazırladığı yazını ötən sayımızda təqdim etmişdik (https://tezadlar.az/max-group-mmc-de-tekce-etibara-deyil-hem-de-emanete-xeyanet-varmis/ ). İstehlakçı hüquqlarının  «Max Group» MMC-nin rəhbərliyi tərəfindən ciddi şəkildə pozulması ilə yanaşı, ortaya MMC-nin məsul şəxsləri tərəfindən Türkiyə vətəndaşı Koyun Aysutümay Əli qızının aldadılaraq külli miqdarda pul vəsaitinin ələ keçirilməsi və s. qanunsuz hərəkətləri də ortaya çıxmışdır. Ona görə də Azad İstehlakçılar Birliyinin sədri cənab Eyyub Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri cənab Elnur Bağırova rəsmi müraciətində adı çəkilən MMC-nin qanunsuz fəaliyyəti ilə bağlı ciddi tədbir görülməsini xahiş edib… Eləcə də MMC rəhbərliyinin fəaliyyətində aşkar edilən konkret qanunsuzluqları nəzərə alaraq redaksiya toplanmış sübutları və digər faktları Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa göndərmək üçün lazımi sənədləşmələr aparmaqdadır.

***

Bir daha mübahisələndirilən şikayəti təkrar təqdim edirik:

«Azad İstehlakçılar Birliyinin sədri cənab Eyyub Hüseynova!

Surəti «Təzadlar» qəzeti redaksiyasına!

Çox hörmətli Eyyub müəllim!

Hörmətli redaksiya!

Mən hazırda Türkiyənin Balıkəsir Savaştəpə Sarıbəylər məhəlləsi, Zübeydəxanım caddəsi-31,32,32 ünvanında yaşayıram.

Bildirirəm ki, xidmət sahəsində istehlakçı hüquqlarım pozulmuşdur. Belə ki, Bakı şəhərində, İçərişəhər, Vaqif Mustafazadə-6 (Tel.0125042636; 0516335161) ünvanda 17 aprel 2025-ci il tarixli, 429 nömrəli “Xaricdə Təhsil Xidməti müqaviləsi” əsasında “İcraçı” adlanacaq “Max Group” MMC-nin drektoru Nəbiyev Elmin Nasib oğlu, digər tərəfdən bundan sonra “Sifarişçi” adlanacaq Koyun Aysutümay Əli qızı (AA….) arasında “İcraçı” tərəfindən “Sifarişçi” Koyun Aysutümay Əli qızı üçün “Türkiyədə yerləşən İzmir Demokrasi Universitetinin “Fizyoterapi və rehabilitasyon” ixtisası üzrə Bakalavriat təhsil pilləsinə sənədləşmə işlərinin aparılması xidmətinin göstərilməsindən, “Sifarişçi” tərəfindən isə müvafiq xidmətə görə ümumilikdə 4000 ABŞ dolları ödəniş gününə olan məzənnəsinə uyğun olaraq (hazırki məzənnə ilə 6800 AZN) xidmət haqqı ödənilməsi şərti ilə razılığa gəlinmişdir”.

Lakin mən “Sifarişçi” Koyun Aysutümay Əli qızı, müqavilə üzrə üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməyimə, o cümlədən tələb olunan sənədləri təqdim etməyimə və 6800 AZN məbləğində xidmət haqqını “İcraçı”nın hesabına köçürməyimə (köçürmə sənədi əlavə edilir) baxmayaraq müqavilənin digər tərəfi üzərinə götürdüyü müqavilə şərtlərinə əməl etməkdən qəsdən boyun qaçırır. Başqa sözlə, tərəfimdən “İcraçı”dan müqavilədə nəzərdə tutulan öhdəlikləri vaxtında və vicdanla yernə yetirməsini, xidmət müqaviləsi üzrə görülən işlər barədə vaxtaşırı məlumat almaq və müqavilə üzrə köçürmə icraçı tərəfində edilə bilmədiyinə görə ödənilən xidmət haqqını geri tələb edilməsi bağlanmış müqavilənin 3.4-e bəndinə uyğun olaraq dəfələrlə tələb edilsə də, ödənilən vəsait qaytarılmamışdır.

Diqqətə çatdırım ki, tələb edilən sənədləri və xidmət haqqını ödədikdən sonra mən işlərin yolunda getmədiyini hiss edib, yəni müqaviləyə əsasən mənə 2025-ci ilin iyul ayında artıq ünversitetə qəbul olunmağım barədə məktub  göndərlməli idi.

«Sonradan mənə məlum oldu ki, bu xanım həm də MMC-nin rəhbəri olan Nəbiyev Elmin Nasib oğlunun həyat yoldaşıdır…»

Amma bu, baş vermədyinə görə, narahat oldum, bu səbəbdən də araşdırıb şirkətin rəsmisi Fərqanə adlı xanımla 050-228 21 85 mobil nömrəsi üzərindən əlaqə saxlamağa başladım. Sonradan mənə məlum oldu ki, bu xanım həm də MMC-nin rəhbəri olan Nəbiyev Elmin Nasib oğlunun həyat yoldaşıdırLakin bir müddət onunla danışa bilmədim və telefona cavab verdikdə isə gah xəstə olduğunu, habelə 17 sentyabrda mənə müsbət cavab veriləcəyini bildirmişdir. Amma söz verdiyi vaxtdan bir həftə sonra- 24 sentyabrda (2025-ci il) mənə səs ataraq 1-2 saat ərzində mənə məktəbə qəbulla əlaqədar yekun bilgi verəcəyini bildirsə də, bizim növbəti telefon danşığmız daha 3 gündən sonra, 27 sentyabrda baş tutdu və Fərqanə xanım bildirdi ki, oktyabr 2025-ci il tarixinə qədər mənə ünversitetə qəbul olunmağım barədə xəbər gələcək.

Bu isə qəti inandırıcı deyildi, çünki dəfələrlə vaxt verilərək aldadılmışam! Nəhayət, onunla 27 sentyabr 2025-ci il tarixdə danşığmızdan sonra mən MMC-nin daha bir əməkdaşı olan Həvva xanımla əlaqə saxlamağa cəhd etsəm də alınmadı. Çünki o, danışıqdan qərəzli şəkildə boyun qaçırdı. Bundan sonra mən onun 051 633 51 61 mobil telfon nömrəsini instaqram səhfəsindən tapıb bu nömrəyə mesaj yazdım və  nömrədən mənə bildirildi ki, «Mən sizin xahişinizi ona çatdıracağam və Fərqanə xanım gün ərzində sizinlə əlaqə saxlayacaq». Amma mənimlə heç kim əlaqə saxlamadığını və hər hansı bir məktub gəlmədiyini görüb, 7 oktyabır 2025-ci ildə yenidən Fərqanə xanıma yazdım, amma ondan bu vaxta qədər heç bir məlumat ala bilmədim.

Hörmətli Eyyub müəllim!

Hörmətli redaksiya!

Diqqətinizə bir məqamı da çatdırmaq istəyirəm. Sonradan gördüyüm, aldadıcı və “maraqlı” məsələlərdən biri də bu oldu ki, mənimlə bağlanan müqaviləyə tanımadığım hansısa  Məmmədli Fərhad adlı şəxs (05454294552; 05376486738) imza qoymuşdu!!!

Hesab edirəm ki, «Max Group» MMC “Xaricdə Təhsil Xidməti müqaviləsi” adı altında mənə qarşı qanunsuz əməli törədərək, xidmət sahəsində istehlakçı hüquqlarımı qəddarcasına pozmuşdur, mənim təhsil haqqım tapdanmış, bir il vaxtımı havayı yerə itirməli olmuşam. Və istisna deyildir ki, başqa vətəndaşlar da bu yolla aldadılırlar!

«“Max Group” MMC–nin drektoru Nəbiyev Elmin Nasib oğlunun qanunsuz əməllərinin işıqlandırlmasını, bu barədə hüquq-mühafizə orqanlarına, xüsusən də Azərbaycan Baş Prokurorluğuna, türkiyənin hüquq mühafizə orqanı rəhbərlərinə məlumat verilməsini xahiş edirəm…»

Bununla da yuxarıda qeyd edilənləri, habelə Sizin hüququ pozulan istehlakçlara necə vicdanla münasibət göstərib təmənnasız kömək etməynizi əsas tutaraq, eləcə də mətbuatdan oxuyaraq (tezadlar.az portalından. Sayt rəhbərliynə təşəkkür edirəm) Bakı şəhərində tərtib olunan, 17 aprel 2025-ci il tarixli, 429 nömrəli “Xaricdə Təhsil Xidməti müqaviləsi” əsasında “İcraçı” qismində mənimlə müavilə bağlamış “Max Group” MMC–nin drektoru Nəbiyev Elmin Nasib oğlunun qanunsuz əməllərinin işıqlandırlmasını, bu barədə hüquq-mühafizə orqanlarına, xüsusən də Azərbaycan Baş Prokurorluğuna, Türkiyənin hüquq mühafizə orqanı rəhbərlərinə məlumat verilməsini xahiş edirəm. Çünki bu şirkət Türkiyədə də kimlərləsə əlaqədədir. Həmçinin xidmət haqqı adı altında məndən aldadıb aldıqları 6800 AZN məbləğində pulun mənə qaytarılmasına köməklik etməynizi Sizdən xahiş edirəm. Ərizəm isə mediada işıqlandırılsın ki, başqa insanlar da aldadılmasınlar.

Sonda: Onu da diqqətə çatdırım ki, Fərqanə xanım bizə sonuncu dəfə bildirib ki, bun ə məbləcdir ki, onu geri qaytarmayaq? Bu MMC-nin rəhbəri Bakı şəhərinin meri Eldar Əzizovun qardaşıdır, o heç vaxt istəməz ki, belə xırda məsələ problemə çevrilsin vəs. Lakin şəxsən mən inanmıram ki, Eldar Əzizov kimi bir nüfuzlu şəxsin belə bir qardaşı olsun.

Əvvəlcədən Sizlərə təşəkkür edirəm!

Hörmətlə,

Koyun Aysutümay Əli qızı».

-Bəs MMC-nin rəhbərliyi niyə özünü bəzi şəxslərə Bakı şəhər İH-nin başçısı cənab Eldar Əzizovun qardaşı kimi təqdim etmişdir?

-Doğrudanmı MMC-nin rəhbəri Nəbiyev Elmin Nasib oğlu Bakı merinin qardaşıdır?

(Davamı var)

Bu da E.Hüseynovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri cənab Elnur Bağırova göndərdiyi rəsmi müraciət-məktubunun əsli:

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!