Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Xalq şairi, “Şərəf” ordenli, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar videoçarx hazırladı.
Videoçarxda şairin həyat və yaradıcılığının əsas məqamları, yüksək dövlət təltifləri, Ulu Öndər Heydər Əliyevlə, Şuşadakı Vaqif Poeziya Günləri ilə bağlı xatirələri verilib. Videoçarx nəğməkar şairin sözlərinə yazılan mahnıları ilə müşayət olunur.
Y.Məmmədli
Videoçarx oxucu, izləyici və poeziyasevərlərə aşağıdakı keçiddə təqdim olunur:
https://www.youtube.com/watch?v=jWavcdBr43I&t=35s