Əsas məzmuna keç

32 ildən sonra ilk dəfə Xıdırlıya getdilər…

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülüb. Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.

Yurda qayıdışımız mübarək!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…