Növbəti görüşümüz Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.
Tezadlar.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında məlumat verib.
“Müraciətlər sahibkarlıq fəaliyyəti, pensiya təyinatı, məşğulluq, mənzil təminatı, əlillik dərəcəsinin alınması və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərəcəyik.
Növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə o, qeyd edib.
JASMİN