Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində Strateji Raket Qoşunlarının bazası yaxınlığında partlayış baş verib. Tezadkar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, gecə saatlarında Strateji Raket Qoşunlarının poliqonundan raket buraxılışı həyata keçirilib, lakin uğursuz olub. Regional “Ural56” nəşri yerli sakinlərə istinadən bildirib ki, partlayışdan sonra göyə bənövşəyi tüstü qalxıb. KİV-lərin yazdığına görə, hadisənin səbəbi raketin buraxılışı zamanı baş verən qəza olub – guya raket havada dağılıb. Lakin rəsmi qurumlar hadisə ilə bağlı şərh verməyib. Region hökuməti isə əhaliyə heç bir təhlükə olmadığını və evakuasiya planlaşdırılmadığını açıqlayıb.
Ukrayna mediasl isə bazanın Ukrayna PUA- larının zərbəsinə məruz qaldığını bildirib.