Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Müdafiə Qüvvələri ötən gecə Rusiya ərazisindəki Afipski neft emalı zavoduna, aviatəmir zavoduna və dəniz neft terminalına zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. Sitat: “Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində noyabrın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir neçə mühüm obyektə uğurlu zərbələr endirib”, – məlumatda bildirilib.
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən, “Tu-95” strateji bombardmançı təyyarələrinin və “A-50” təyyarələrinin modernləşdirildiyi aviatəmir zavoduna zərbələr endirilib. İlkin məlumata görə, “Tu-95” təyyarələrinin təmir sexində yanğın baş verib. Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarındakı “Afipski” neft emalı zavoduna növbəti dəfə zərbə endirib. “Hədəf zonasında partlayışlar qeydə alınıb, daha sonra obyektdə yanğın baş verib. Dəymiş ziyanın dərəcəsi dəqiqləşdirilir”, – məlumatda qeyd olunur.
Rusiya həmçinin noyabrın 25-də Krasnodar diyarındakı “Tuapse” limanının dəniz neft terminalı infrastrukturuna zərbələr nəticəsində RO-5000 şaquli rezervuarının məhv edildiyini təsdiqləyib.”Müdafiə qüvvələrinin bütün tərkib hissələrinin Rusiya silahlı qüvvələrinin mühüm hədəflərinə qarşı birgə fəaliyyəti RF-nin Ukraynaya qarşı təcavüzü tamamilə dayandırılana qədər davam edəcək”, – Baş Qərargadan bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə hələki rəsmi açıqlama verməyib.