30 Noyabr 2025 / 14:43

Zelenski müharibəni bitirmək üçün nələrin lazım olduğunu açıqladı

Onun sözlərinə görə, təkcə bu həftə düşmən ukraynalılara qarşı təxminən 1400 hücum dronundan, 1100 idarə olunan bombadan və 66 raketdən istifadə edib

Gecə ərzində Rusiya Ukrayna yaşayış məntəqələrinə qarşı 122 hücum dronundan və iki ballistik raketdən istifadə edib.

Tezadlar.az-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Telegram kanalında qeyd edib ki, Kiyev vilayətinin Vişqorod şəhərində Rusiya hücumunun nəticələrinin aradan qaldırılması davam edir.

“Rusiya şəhərə dronlarla hücum edərək bir çox yaşayış binasına ziyan vurub. Hazırda itkilərin olduğunu bilirik: uşaqlar da daxil olmaqla 19 nəfər yaralanıb. Bu hücumda bir nəfər həlak olub”, – deyə o yazıb.

Bundan əlavə, prezident vurğulayıb ki, Dnepropetrovsk və Xarkov vilayətlərində yaralılar var. Ruslar həmçinin Odessa, Sumı və Xerson vilayətlərinə də hücum ediblər.

“Bu gecə ümumilikdə 122 hücum dronu və iki ballistik raket atılıb”, – deyə Zelenski vurğulayıb.

O, bu cür zərbələrin hər gün baş verdiyini qeyd edib: “Təkcə bu həftə ruslar xalqımıza qarşı təxminən 1400 hücum dronu, 1100 idarə olunan hava bombası və 66 raketdən istifadə ediblər.”

Prezident Ukraynanın dözümlülüyünü gücləndirməyin vacibliyini vurğulayıb.

“Raketlər və hava hücumundan müdafiə sistemləri vacibdir və biz həmçinin sülh naminə tərəfdaşlarla fəal şəkildə işləməliyik. Müharibənin bitməsinə kömək edəcək real, etibarlı həllərə ehtiyacımız var”, – deyə o yazıb.

Vışqorod şəhərinə zərbə

UNİAN xəbər verir ki, düşmən 29 noyabr axşamından etibarən Kiyev bölgəsinə dron zərbələri endirib. Hücum nəticəsində Vişqoroddakı çoxmərtəbəli bina yanğına uğrayıb. Bir nəfər həlak olub.

Həmçinin, yenilənmiş məlumatlara görə, şəhərdə dörd uşaq da daxil olmaqla, itkilərin sayı 19-a çatıb. On bir nəfər xəstəxanaya yerləşdirilib.

Hündürmərtəbəli binadakı yanğın artıq söndürülüb. Şəhərdə daha iki çoxmərtəbəli bina, 14 fərdi ev, bir biznes və yeddi avtomobil də zərər görüb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!