2 Dekabr 2025 / 09:24

MMA döyüşçüsü həbs edildi

İdman ustası öz idman klubunun tələbələri arasında millətlərarası dəstə yaradıb

Qarışıq döyüş sənətləri üzrə Rusiya idman ustası Tiqran Oqanesyan dekabrın 1-də Tula bölgəsində hədə-qorxu və soyğunçuluqla ittiham olunaraq həbs edilib.

Tezadlar.az xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, MMA döyüşçüsü öz idman klubunun tələbələri arasından millətlərarası dəstə yaradıb. Boş vaxtlarında soyğunçuluq ediblər. Şəxsiyyətlərini daha inandırıcı etmək üçün özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi gizlədib qurbanlarını qorxudub, külli miqdarda pul tələb ediblər.

Döyüşçü artıq həbs edilib və onun əlbirləri saxlanılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!