Əsas məzmuna keç

Sərhəd məntəqəsində gömrük işçiləri ilə bağlı korrupsiya sxemini aşkar edib

Əməliyyat tədbirləri zamanı 7 milyondan çox pul müsadirə edilib

Zelenoqrad gömrük postunun əməkdaşları iri və xüsusilə böyük miqyaslı rüşvət aldıqlarına görə həbs ediliblər.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat verib.

“Mərkəzi Aksiz Gömrük Xidmətinin Zelenoqrad gömrük postunun vəzifəli şəxsləri hüquqi və fiziki şəxslərin mənafeyinə uyğun olaraq gömrük tranzitinin bağlanması və təkrar emal haqlarının silinməsi ilə bağlı qanunsuz hərəkətlər ediblər”, – məlumatda deyilir.

Cinayətkar sxem vasitəsilə əldə edilən 7 milyon rubldan çox pul əməliyyat tədbirləri zamanı müsadirə edilib. İstintaq davam edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…