3 Dekabr 2025 / 14:23

Azərbaycan xurma ixracını 23,3 faiz artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 66,8 milyon dollar dəyərində 91,8 min tondan çox xurma ixrac edilib.

Tezadlar.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 26,3 faiz, həcmi isə 23,3 faiz artıb.

Cari ilin ilk 10 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,31 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,24 faizə bərabər olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!