Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib. Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatdan bəlli olurdu ki, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. O, rayon xəstəxanasına təxliyə edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Lakin onun vəziyyəti ağır olaraq qalır. “ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd edilib.
Sonradan TƏBİB məlumat yaydı ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan Pənahəliyevin üzərində əməliyyat icra olunub, vəziyyəti ağırdır.
Belə halda artıq vətəndaşın ehtiyatlı olma likiti bitmiş sayılır. Çünki ərazi minalardan təmizlənmiş hesab edilirdi…
Elbar