4 Dekabr 2025 / 12:50

Kinematoqrafçılar İttifaqında Fransa İnstitutu ilə görüş – FOTOLAR

Dekabrın 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Fransa İnstitutu ilə görüş keçirilib.
Tezadlar.az xəbər verir ki, görüşdə, Azərbaycanda Fransız İnstitutunun direktor müavini Jak Bunən, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Klemans Dö Lakur, Fransa Səfirliyinin missiya üzrə məsul şəxsi Arzu Abdulxalıqov, AKİ katibləri Əli İsa Cabbarov, Oleq Səfərəliyev, AKİ-nin İdarə Heyətinin üzvü Sevda Sultanova, AKİ-nin film nümayişləri üzrə prodüseri Ülviyyə Əhmədova, sayt üzrə redaktoru İlqar Quliyev iştirak ediblər.
Görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Fransız İnstitutu arasında gələcək müştərək layihələr müzakirə edilib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!