Dünyanın hər yerində küçə ticarəti mövcuddur, bu ticarət növü insanlara gündəlik ərzaq məhsullarının daha tez- bazara getmədən əlçatanlığını yolüstü təmin edir. Bəs Bakıda küçə şəraitində satılan ət və süd məhsullarının alıcıları bu qidaların təhlükəsiz olduğuna nə qədər əmindirlər? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “İnşaatçılar” metro stansiyası yaxınlığında küçə satışı yerlərinə baxış keçirəndə belə bir fakt ortaya çıxıb:
-Agentliyin əməkdaşı pendir məhsullarının açıq şəraitdə satışına görə irad bildirəndə, satıcı məhsulun “vozvrat” (qaytarılması nəzərdə tutulan) olduğunu deyib…
Bəs qaytarılması nəzərdə tutulan məhsul piştaxtaya niyə düzülüb? Yaxud reyd keçirilənə qədər satışın olub-olmadığına necə inana bilərik?
Ümumiyyətlə, qanunvericiliyə görə, küçədə ət, süd, balıq və quş, onlardan hazırlanmış məmulatlar, çörək və tez xarab olan başqa ərzaq məhsullarının satışı qadağandır.
El, isı gəlin həm də sağlamlığımıza necə can yandırdığımıza diqqətli olaq…
A.Məmmədli