Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı (Aİ) Qazaxıstanın regional sabitliyin möhkəmləndirilməsində, o cümlədən Ermənistan və Azərbaycan arasında nizamlama prosesinə dəstəyində fəal və konstruktiv rolunu alqışlayır.
Tezadlar.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Astanaya səfəri zamanı bildirib.
O, qeyd edib ki, Cənubi Qafqazda sülh və firavanlıq Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsi üçün həyati əhəmiyyətə malikdir.
Koşta həmçinin Qazaxıstana BMT Nizamnaməsinin və qanunun aliliyinə əsaslanan prinsiplərin ardıcıl müdafiəsinə görə minnətdarlığını ifadə edib.